"Şamaxı"dan əzmkar, "Qəbələ"dən gözlənilməz qələbə

Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulub.

Presssport.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilb.

Əvvəlcə “Sumqayıt” “Şamaxı”nın qonağı olub. Şamaxıdakı görüşdə son dəqiqələrdə 2 qol vuran Saşa İliçin komandası səfərdə vacib 3 xal qazanıb.

Turun son matçında isə autsayder “Qəbələ” medallara iddialı "Araz-Naxçıvan"ı gözlənilmədən məğlub edib. Qəbələdə də qalib komanda 2:1 hesablı qələbə sevinib.

30 noyabr (bazar)

“Qəbələ” - “Araz-Naxçıvan” - 2:1

Qollar: Prins Ovusu, 15 (1:0), Bəxtiyar Həsənalızadə, 34 (1:1), Adriel Ba Loua, 59 (2:1)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov

Qəbələ şəhər stadionu

“Şamaxı” - “Sumqayıt” - 1:2

Qollar: Karim Rossi, 70 (1:0), Aleksa Yankoviç, 88 (1:1), Aleksandr Ramalinqom , 90+1 (1:2)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli

Şamaxı şəhər stadionu

28 noyabr (cümə)

“Turan Tovuz” - “Neftçi” - 0:0

“Kəpəz” - “Zirə” 0:2

29 noyabr (şənbə)

“Qarabağ” - “Karvan-Yevlax” - 2:0

“İmişli” - “Sabah” - 0:3

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC