"Ağır oyun alındı. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci hissədə nəzarəti itirdik. Ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalıyıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq".
Presssportaz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 13-cü turunun “Qəbələ”yə 1:2 hesabıyla uduzduqları səfər oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Maraqlıdı, Baxşıyev sabiq klubu" Qəbələ"yə uduzmağına görə təəssüflənir, yoxsa 3 xal itirdiklərinə görə?: "Qəbələ" ilə heç bir prinsipim yoxdu. Sadəcə komandanın oyundan qopması məni kədərləndirir. "Qəbələ" qələbəyə layiq idi. Qalib gəlmək üçün heç nə etmədik"
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC