Ramalinqomdan yubiley qolu

“Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.

Presssport.az xəbər verir ki, onun yubileyi 13-cü tura təsadüf edib.

32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə fərqlənib. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.

Onu da bildirək ki, Aleksandr turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudu. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC