Felipe Santos Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı cinah yarımmüdafiəçisinin yubileyi XIII tura təsadüf edib.
O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb.
Felipe 100 qarşılaşmada 21 qol vurub. Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.
Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudu.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC