Nərgiz Süleymanova Avropa çempionatında iştirak edəcək ilk azərbaycanlı fiqurlu konkisürən olacaq.
Presssport.az xəbər verir ki, bu barədə Qış İdmanı Növləri Federasiyası açıqlama yayıb.
İdmançı vəsiqəni 27-30 noyabrda İstanbulda keçirilən "Bosphorus Cup"da qısa və sərbəst proqram üzrə çıxış zamanı əldə edib. N.Süleymanova 26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medala sahib olub.
Digər fiqurlu konkisürən Səbinə Əliyeva 137.22 xal toplayaraq 6-cı, Arina Kaluqina isə 154.85 xalla 5-ci yeri tutub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC