Paralimpiya çempionumuz Özbəkistanda keçirilən festivalda iştirak edib

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Biz birgəyik" adlı beynəlxalq könüllülər festivalında iştirak edib.

Presssport.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə idmançımızın uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

İdmançı daha sonra əlilliyi olan könüllülərin də iştirak etdiyi festival iştirakçılarına öz uğur yolundan danışıb. 

Xəlilov sonda tədbir iştirakçılarının sualları cavanlandırılıb. Tədbirdə Milli Paralimpiya Komitəsini baş katib Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Onu da bildirək ki, 10-a yaxın ölkədən 60-dan çox nümayəndənin qatıldığı "Biz birgəyik" beynəlxalq könüllülər festivalının budəfəki əsas missiyalarından biri əlilliyi olan şəxslərin də könüllü hərəkatının bir hissəsi olduğunu qeyd etmək, onların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulamaq olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC