Bədii gimnastika üzrə XXX Bakı çempionatı yekunlaşıb

Bədii gimnastika üzrə XXX Bakı çempionatı yekunlaşıb.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, üç gün davam edən yarışda "Ocaq Sport", "Grasiya İdman Klubu", Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı və Zirə Mədəniyyət Mərkəzinin gimnastları çıxış edi.

Yarışda balacalar (2015, 2016, 2017-ci il), yeniyetmələr (2012, 2013, 2014-cü il) və gənclər (2010, 2011, 2009-cu il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar müxtəlif alətlərlə - lent, halqa, top və gürzlərlə öz performanslarını göstərib.

Çempionatın ilk günündə təsnifat mərhələsi keçirilib. İkinci gündə balacalar və yeniyetmələr arasında müxtəlif alətlər üzrə qaliblər müəyyən olunub və mükafatlandırılıb. Sonuncu gündə isə yeniyetmələr və gənclər arasında final mərhələsi baş tutub.

Final nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar ilk "3-lük"də qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC