Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlada təmsil edən Anna Obrien - Drake Tonq buzüstü rəqs cütlüyü Estoniyada keçiriləcək yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.
Presssport.az Qış İdmanı Növləri Federasiyasına istinadən xəbər verir ki, onlar bunu Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan "Santa Claus Cup"da reallaşdırıb.
Azərbaycan təmsilçiləri 11 idmançı arasında 126.79 xalla 6-cı yeri tutub.
Yeniyetmələr arasında dünya çempionatı martın 3-8-i aralığında Estoniyanın paytaxtı Tallində keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC