"Neftçi"nin ulduz futbolçusu Vensan Abubakar Afrika Millətlər Kuboku üçün Kamerun millisinə çağırılmayıb.
Presssport.az xəbər verir ki, 33 yaşlı forvard Afrikanın ən böyük futbol turnirində iştirak etməyəcək.
Abubakardan başqa, “Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana da millidən kənarda qalıb.
Afrika Millətlər Kuboku 21 dekabr - 18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək.
Kamerun millisi turnirin qrup mərhələsində Qabon, Fildişi sahili və Mozambik yığmalarə ilə qarşılaşacaq.
Əlavə edək ki, Abubakar kapitanı olduğu Kamerun millisinə 2010-cu ildən çağırılır. O, kapitanı olduğu yığmada 116 oyuna çıxıb və 45 qol vurub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC