Boqomolski "Neftçi"dəki karyerasından razı qalmayıb: "Zirə"ylə məqsədimiz çempionluqdu, əlbəttə ki, bu, realdı"

  • “Zirə” Misli Premyer Liqasında olduğu kimi, Bizon Azərbatcan Kubokunda da uğurlu çıxışını davam etdirir. “Qartallar”ın bu yay heyətinə cəlb etdiyi belaruslu hücumçu Yeqor Boqomolski sabiq klubu “Neftçi”ni əlavə vaxtda məğlub etdikləri (1:0) Zirədəki 1/8 final matçından sonra Presssport.az-ın suallarını cavabablandırıb:
  • - “Neftçi”ylə çətin kubok matçından hansı emosiyayla ayrıldınız?
  • - Əla emosiyalardı. 1:0 qalib gəldik, irəli gedirik, artıq 1/4 finaldayıq. Yalnız müsbət hisslər keçiririk. 
  • - Səncə, qələbədə həlledici amil nə oldu?
  • - Xüsusi bir şey yoxdu. Oyunboyu dominantlıq edirdik. “Neftçi” əlavə 30 dəqiqədə 2 dəfə topa toxundu, ya yox - bilmirəm. Bizdəsə xeyli imkan oldu. Buna görə layiqli qələbə qazandığımızı deyə bilərəm. Qələbəni yalnız azarkeşlərimizə həsr edirik. 
  • - Səmimi olsan, oyunsonrası penaltilər seriyasını - “lotereya”nı gözləyirdiniz?
  • - (gülür) Əmin idim ki, qalib gələcəyik. Təbii ki, 120 dəqiqədə. “Lotereya” olsaydı belə, bizim üçün heç bir problem yox idi. Çünki qapıçımız Tyaqu Silvaya güvənirdik. İstənilən halda, qələbəmizə şübhəm yox idi.
  • - “Neftçi”yə qarşı oynamaq sənin üçün necəydi? Saniq futbolçusu olaraq bir idman prinsipiallığı vardı?
  • - Yox, adi bir matç idi. Bəli, aydın məsələdi ki, “Neftçi” böyük klubdu, böyük ada malikdi. Amma indi biz güclüyük. 
  • - “Neftçi”yə özünü sübut etmək istəmirdin ki, məni nahaq saxlamadınız?
  • - Məndə belə bir fikirlər ümumiyyətlə, yox idi. 
  • - Braziliyalı komanda yoldaşın Junior Martins qol vurandan sonra sənə yaxşı tanış olan “Forza “Neftçi”yə tərəf qaçaraq jestiylə onları qıcıqlandırdı. Bunu necə qarşılayırsan?
  • - Düzü, bu jesti görmədim. Buna görə bir şey deyə bilmərəm. Yəqin, hansısa emosiyalar olub. Müasir futbolda qolu necə qeyd etmələrini çox görə bilərsiniz. Bu üzdən orda xüsusi bir şey yoxdu. 
  • - Ümumiyyətlə, “Neftçi” azarkeşlərini aqressiv sayırsan? Səni oyunda alqışldılar, yoxsa əksinə…?
  • - Açığı, buna konsentarsiya olmuram. Yalnız oyuna köklənirəm və indi yalnız “Zirə”nin uğurlarını düşünürəm. Kənardan nə qışqırırlar, buna diqqət yetirmirəm. 
  • - "Zirə"də özünü necə hiss edirsən? Yeni klubuna tam adaptasiya ola bilmisən?
  • - Bəli, əladı hər şey. Özümü çox yaxşı hiss edirəm burda. “Zirə” əla klubdu və ən yüksək məqsədlərə çatmaq istəyirik.
  • - Bu mövsümdə hansıdı bu ən yüksək məqsədlər?
  • - Çempionluq.
  • - Çempionluq? “Qarabağ”ın dominantlıq etdiyi Premyer Liqada?
  • - Əlbəttə, çempionluq uğrunda mübarizə aparmağımız realdı. Növbəti oyunumuz elə “Qarabağ”ladı. Gücümüz göstərib qələbə qazanmağa çalışacağıq.
  • - Hər halda, minimum məqsəd 2-ci yer olar…
  • - 2-ci yeri “Zirə” artıq tutub. Özü də bu, 1 dəfə olmayıb. Ona görə indiki məqsədimiz yalnız çempionluqdu. 
  • - Bəs, kubokda məqsəd?
  • - Əlbəttə ki, bu turnirdə də 1-ci olmağı hədəfləmişik. Artıq bir qədər də irəli getdik və kubokda da məqsədimiz ən yüksəkdi. 
  • - “Neftçi”yə qayıtsaq, orda keçirdiyin 3 il karyeranda necə yadda qaldı?
  • - Demək olmaz ki, razı qaldım. Amma bu, artıq keçmişdə qalıb, indi karyeramda yeni mərhələdəyəm. Fikrimcə, bu, daha yaxşı olacaq.
  • - “Neftçi”də çox baş məşqçiylə işlədin. Səncə, səndə nə alınmadı?
  • - Bilmirəm. “Neftçi”də hər yarım ildən bir yeni baş məşqçi olurdu. Açığı, bilmirəm ki onlara nə
  •  lazımdı yaxşı olmaları üçün. Amma hələ ki, “Zirə” daha güclüdü.
  • - Hazırkı baş məşqçin Rəşad Sadıqov səni çoxdan - hələ “Neftçi”də olduğun vaxtdan israrla istəyirdi. Bu haqda məlumatlı olmazdın…
  • - Əlbəttə. Açığı, digər varinatlarım vardı. Lakin hesab etdim ki, “Zirə” varinatı daha yaxşı olacaq. 
  • - Rəşad Sadıqov necə baş məşqçidi? Çoxmu tələbkardı?
  • - Yaxşı məşqçidi, inzitamlıdı. Öz ideyaları var və buna görə hələ ki yalnız yaxşı emosiyalardı. 
  • - Artıq millinə çağırlmırsan. Bunu normal sayırsan ki, klubunda az oynayırsan?
  • - İstəyərdim ki, statistikamı yaxşılaşdırım. Bu zaman problem olmaz.
  • - “Neftçi"dən fərqli ”Zirə"də hücumçu yox, vinger oynayırsan. Bu, sənə özünü yaxşı göstərməkdə çətinlik yaratmır?
  • - Bu baxımdan ümumiyyətlə, problem yoxdu Mənə cinahda da oynamaq xoşdu, hücumda da, hücumçunun arxasında da. O üzdən heç bir problem görmürəm. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC