İliç ona kəsilən cəzadan narazıdı: "Çox ağır qərardı, çünki heç kimi öldürməmişəm"

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan kubokunun 1/8 final mərhələsində "Difai"ni 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlməkləri haqda danışıb.

Presssport.az xəbər verir ki, serbiyalı mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının oyunundan razı qalmadığını deyib:

"Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz".

O, gənc futbolçuların özlərini yaxşı tərəfdən göstərə bilməməsinə toxunub:

"Gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldı".

İliç AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmasına münasibət bildirib:

"Məncə, çox ağır qərardı, çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, 2 oyunluq cəza kifayət edərdi".

Serb mütəxəssis sonda Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovla arasındakı mübahisədən də söz açıb: "Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra "Şamaxı"nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC