Azərbaycan Kubokunun 1/4 finalında yeni komandalar olmayacaq.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 8 ən yaxşı sırasına yüksələn bütün klublar əvvəllər də 1/4 final həyəcanı yaşayıb.
Onlardan 2-si yubiley uğuruna imza atıb. “Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə bu raundda iştirak edəcək.
1/4 finalçılar arasında ən yüksək göstərici “Qarabağ”dadı. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atan “Neftçi” ilə fərqi azaldacaq.
Mərhələnin digər iştirakçılarından “Qəbələ” və “Kəpəz” 17-ci, “Zirə” 11-ci, “Sabah” 7-ci, “Turan Tovuz” 2-ci dəfə 1/4 finalda oynayacaq.
Onu da bildirək ki, ümumilikdə 46 komanda yarımfinalın bir addımlığında olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC