ABŞ prezidenti Donald Tramp FİFA Sülh Mükafatı ilə təltif olunacaq.
Presssport.az xəbər verir ki, ölkə başçısına mükafat 2026-cı il dünya çempionatının final mərhələsinin püşkatma mərasimindən əvvəl təqdim olunacaq,
Trampa tədbirdə çıxış üçün yer ayrılacaq.
FİFA Sülh Mükafatı 2025-ci ilin noyabrında təsis edilib. Mükafatın ilk sahibi məhz Tramp olacaq.
Xatırladaq ki, DÇ-2026-ya 3 ölkə ev sahibliyi edəcək: ABŞ, Kanada və Meksika. Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək. Yarış 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Püşkatma mərasimi isə bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC