Millimiz beynəlxalq turnirdə keçirdiyi ilk oyunda qələbə qazanıb

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi ilk oyunda qələbə qazanıb.

Presssport.az xəbər verir ki, yığmamız ev sahibi Belarus ilə qarşılaşıb.

Görüş Azərbaycan komandasının 65:61 hesablı qələbəsi ilə nəticələnib.

Xatırladaq ki, turnir dekabrın 7-dək davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC