"Araz-Naxçıvan" "Benfika"ya səfərdə də uduzdu

"Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab oyununa çıxıb.

Presssport.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade" arenasında baş tutan matç Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Portuqaliya təmsilçisinin qollarını İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelho (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) vurub. "Araz-Naxçıvan"ın heyətində isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) fərqlənib.

Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk matçda "Benfika" 9:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC