Qonçarenko “Neftçi”dən ilinə yarım milyon avro istəyir

Tanınmış belaruslu mütəxəssis Viktor Qonçarenkonun “Neftçi”dən aldığı təklifin detalları müəyyənləşib.

Presssport.az Belarus mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 48 yaşlı mütəxəssisə 1,5 illik müqavilə təklif edib.

Ölkəsində 11 dəfə ilin ən yaxşı məşqçisi seçilən Qonçarenkonun razılıq verəcəyi təqdirdə, məvacibi də müəyyənləşib. Belə ki, o müsbət cavab verərsə, illik maaşı 500 min avro təşkil edəcək.

Xatırladaq ki, hazırda işsiz olan Qonçarenkonun son klubu Rusiya Premyer Liqa təmsilçisi “Pari NN” olub. “Neftçi” isə Samir Abasovu istefaya göndərəndən bəri baş məşqçi axtarır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC