Azərbaycanla matçdan əvvəl həbs edilmiş ukraynalı: "Hər şeyimi kazinoda itirmişəm"

“Dinamo”(Kiyev) və SSRİ millisinin keçmiş müdafiəçisi İvan Yaremçuk DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Krakovda Ukrayna və Azərbaycan yığmaları arasında keçirilmiş oyunundan (2:1) əvvəl Polşa polisi tərəfindən həbsinin səbəbləri barədə şərh verib.

Presssport.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, veteran futbolçu məsələ haqda bunları deyib: "Həbsin səbəbi? Praqadakı bir kazinoda menecerlə mübahisə etdim, az qala dalaşacaqdım. Hər şey fişkalarla bağlı idi. Çexiya və Polşa hər ikisi AB ölkələri olduğundan, Ukrayna-Azərbaycan matçından bir gün əvvəl gəldiyim Krakovda həbs olundum. Təfərrüatlara varmaq istəmirəm. Artıq hamı bilir ki, kazinoda hər şeyimi itirmişəm, bəs niyə bu məsələyə çox fikir verim?”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC