Fransa millisinin və "Kristal Pelas"ın forvardı Jan-Filipp Mateta İtaliyaya yollanmağa yaxındı.
Presssport.az xəbər verir ki, "İnter" və "Milan" 28 hücumçunu istəyir.
Milan təmsilçiləri fransız üçün mübarizə aparır. Onun "Kristal Pelas"la müqavilə müddəti 2027-ci il iyunun 30-nadəkdi.
Mateta bu mövsüm bütün turnirlərdə 22 matçda 9 qol vurub və 2 asist edib.
Xatırladaq ki, Jan-Filipp Fransa millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsinin Bakıda yığmamıza qarşı (1:3) keçirilmiş görüşündə komandasının qollarından birini vurub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC