Mateus Silva söz verdi, "Flamenqo" məsələsinə aydınlıq gətirdi: "Vəziyyəti xeyrimizə dəyişmək istəyirik”

“Qarabağ”ın müdafiəçisi Mateus Silva Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində “Ayaks”la keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, braziliyalı futbolçu hazırlıq üçün vaxtın azlığından təəssüflənsə də, komandanın oyun fəlsəfəsinə güvəndiyini deyib: “Sabah bizi ciddi sınaq gözləyir. Hazırlıq üçün vaxtımız az olsa da, meydanda nə edəcəyimizi bilirik. Doğma meydanda azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Braziliyalı müdafiəçi cari mövsümdə sərgiləndiyi oyun performansının yüksək olmasının təkcə özündən asılı olmadığına diqqət çəkib: “Bu turnirdə uğurlu nəticə qazanmaq üçün təkcə yüksək səviyyədə oynamağım yetərli deyil. Uğur üçün bütün komanda eyni əzmkarlığı göstərməlidi. Söz verə bilərəm ki, sabah mən və komanda yoldaşlarım meydanda əlimizdən gələnin maksimumunu edəcəyik”.

Ötən mövsüm Niderland təmsilçisinə 0:3 hesablı məğlubiyyətin fonunda Silva, bu dəfə revanş almaq istədiklərini vurğulayıb: “Keçən mövsüm onlara böyük hesabla uduzmuşduq. Amma vəziyyəti xeyrimizə dəyişmək istəyirik”.

O, adının Braziliyanın “Flamenqo” klubu ilə hallanmasına da aydınlıq gətirib: “Mətbuatda çoxlu xəbərlər çıxır, lakin hamısına inanmaq olmaz. Yolun ortasındayıq və öz missiyamıza fokuslanmışıq. Diqqətimizi yayındırmamalıyıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC