Bağırov futbolçularının oyunundan çox razı qalıb: "Bəxtimiz gətirmədi”

“Futbolçularımın oyunundan çox razı qaldım. Bəxtimiz gətirmədi”.

Presssport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 14-cü turunda "Araz-Naxçıvan"a 0:2 hesablı məğlub olduqları matçı şərh edərkən deyib. 

44 yaşlı mütəxəssis oyunun maraqlı keçdiyini, lakin şansın onlardan yan ötdüyünü vurğulayıb: “Futbolçularımın oyunundan çox razı qaldım. Əlimizə düşən fürsətləri qola çevirsəydik, daha fərqli oyun gedəcəkdi. Sadəcə bəxtimiz gətirmədi. Səhvlərimizi təhlil edib daha da yaxşı olmağa çalışacağıq”.

Bağırov oyundan sonra hakimlər otağına daxil olması ilə bağlı sualı isə belə cavablandırıb:

“Təşəkkür etdim. Yaxşı oyun idarə etdilər. İdarəçilikdən razıyam”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC