"Araz-Naxçıvan" Misli Premyer Liqasının 14-cü turunda "Liv Bona Dea Arena"da "Kəpəz"i məğlub edib.
Presssport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq qələbəni şərh edib:
- Ağır oyun alındı. Bilirdik ki, kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətindəyik. Komandamı təbrik edirəm, yaxşı oyun göstərdi. Düşünürəm ki, bu gün bəzi adamların cavabını meydançada artıqlaması ilə verdi.
- İlk yarım saatda komandaya nə olmuşdu? Sanki sonradan ayıldılar ki, oynamaq lazımdır...
- Futbol elə oyundur ki, matç ərzində hər bir komandanın üstünlük qazanmaq şansları olur. Biz də kubok matçından sonra o stressi yaşamışdıq. Komanda şəklində də çalışdıq ki, həftə ərzində bir-birimizə daha yaxın və dəstək olaq. Həmin stressi geridə qoyduqdan sonra komanda meydançada kreativliyini artırdı.
- Bu qələbə stressdən tam çıxmağa kömək edəcək?
- Felipe Santosun durumu nə yerdədir? Meydançaya çıxacaq?
- Zədəsi o qədər də ciddi deyil. Məşqlərə başlayıb. Ümid edirik ki, Felipe bu il də komandanın yanında olacaq.
- Mətbuatda haqqınızda yazılanlar sizə təsir edir? Yazılanlara baxırsız?
- Desəm ki, baxmıram...Mahal müəllim ("Araz-Naxçıvan"ın mətbuat katibi-red) məni məlumatlandırır. Bunu sırf indi yaşayıram deyə, işimi onun üzərində qurmamışam. Premyer Liqada 7-ci ilimdir. Hələ rahat ilim olmayıb. Media tərəfdən təzyiqi həmişə yaşamışam. Yenə də, düşünürəm ki, mənimlə heç kimin prinsipi yoxdu. Sadəcə, məni bərkitmək istəyirlər.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC