Bu gün Misli Premyer Liqasında 14-cü turun son oyun günündə "İmişli" “Sumqayıt”ı qəbul edərək, minimal hesablı qələbə qazanıb.
Presssport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məqşçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:
- Legionerlərin bu qədər çox olduğu heyətlə 9-cu pillədə gedirsinizsə, yerlilərə üstünlük versəniz neçənci pillədə özünüzü görürsünüz?
- Məşqçi kimi fərq qoymuram ki, futbolçum əcnəbidir ya yerli. Bu mənim üçün çox da əhəmiyyət daşımır. Hansı oyunçu özünü daha yaxşı göstərir, o da əsas heyətdə yerini alır.
- Oyunun sonlarında iki tərəf arasında dava düşdü. Bu haqda düşüncələriniz?
- Hər 2 tərəf də həmin anda özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də özünü yaxşı aparmadı. Futbol emosional bir oyundu. Gərək hər kəs özünü cilovlaya bilsin.
- Mövsümdə 3-cü dəfədir ki, penaltini qola çevirə bilmirsiniz.Sizcə, burda problem nədədir?
- Bu suala cavab tapmaq çətindir. Məşqlərdə penalti epizodunu çalışırıq. Amma oyun zamanı bunu reallaşdırmaq bir qədər çətin və fərqli olur.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC