"Kəpəz"də yubiley

“Kəpəz”in futbolçusu Rauf Hüseynli Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 14-cü turunun “Araz-Naxçıvan”la görüşünə (0:2) təsadüf edib.

Rauf səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.

Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli “Kəpəz”də 33 (3 qol), “Şamaxı”da 31 (1 qol), “Qəbələ”də 30 (1 qol), “Zirə”də 5, “Qarabağ”da 1 (1 qol) oyun keçirib.

Onu da bildirək ki, Premyer Liqada debütü 2019/20 mövsümünə təsadüf edən Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC