AFFA 7 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Presssport.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/8 finalında və Azərbaycan Premyer Liqasının 14-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” - “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə klub 2000 manat cərimə edilib. “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilib.

Azərbaycan kubokunda 1/8 finalın “İmişli” - “Sabah” oyununda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.

Azərbaycan kubokunda 1/8 finalın “İmişli” - “Sabah” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.

Azərbaycan kubokunda 1/8 finalın “Qarabağ” - “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Azərbaycan kubokunda 1/8 finalın “Difai” - “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai” komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat cərimə edilib.

Azərbaycan kubokunda 1/8 finalın “Araz-Naxçıvan” - “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt” komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyun cəzalandırılıb, klub  1000 manat cərimə edilib. Oyunda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC