AFFA 7 komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən 2 komandaya texniki məğlubiyyət verib.

Presssport.az xəbər verir ki, bunlar "Ağsu Siti" və "Lokomotiv Baku" komandalarıdır.

Ağsu təmsilçisi "Olimpik Sabirabad"la görüşdə təyin olunan vaxtda meydanda olmayıb.

"Lokomotiv Baku" isə "Crystal"la matçda təhlükəsizliyi təmin etdə bilməyib.

AFFA U-13 Liqasında "Record Club", "Alanyaspor Baku" və "Məhsul" (Zərdab) kollektivləri bu halla üzləşib. "Record Club" "Lamasya Baku" ilə, "Alanyaspor Baku" "Zirə" ilə görüşdə təyin olunan vaxtda meydana çıxmayıb. "Məhsul" isə "Hindarx" (Ağcabədi) komandası ilə görüşdə adı protokolda qeyd edilməyən və lisenziyası olmayan oyunçu aşkarlandığından 0:3 hesablı texniki məğlubiyyət alıb.

U-12 Liqasında "Ələt" "Şimal RFF" ilə matça təyin edilən vaxtda getməyib və texniki məğlubiyyətlə cəzalanıb. Futzal üzrə I Liqada isə "Yeni Suraxanı" "Baku Fire-2" ilə qarşılaşmada iştirak etməyib və bu halla üzləşib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC