Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci il üzrə sonuncu iclası keçirilib.
AMADA-dan Presssport.az-a verilən məlumata görə, iclasda qurumun icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib.
Sonra Agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülmüş işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb. Bununla yanaşı, AMADA-nın 2026-30-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.
İclasda, həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC