Almaniyanın “Ayntraxt” klubu baş məşqçi postuna Xabi Alonsonu əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Presssport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyi yeni mövsüm öncəsi komandanın oyun üslubunu yeniləmək və daha ambisiyalı layihəyə başlamaq üçün ispan mütəxəssisi ciddi variant kimi qiymətləndirir.
“Real”dan yaxında istefaya göndərilən 45 yaşlı Alonso hazırda Avropada ən perspektivli gənc məşqçilərdən biri sayılır və onun çalışdırdığı komandalar hücumameyilli, dinamik futbolu ilə seçilir. “Ayntraxt” rəhbərliyi də məhz bu modelə uyğun bir baş məşqçi axtarışındadı. Düzdür, tərəflər arasında hələlik rəsmi razılaşma yoxdur və danışıqların davam etdiyi bildirilir.
Xatırladaq ki, “Ayntraxt” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbəti rəqibidi. Komandalar yanvarın 21-də Bakıda qarşılaşacaq. Alonso artıq 4 matçda Qurban Qurbanovun komandasına rəqib olub. Ağdamlılar Avropa Liqasında həm qrupda, həm də pley-off oyunlarında leverkuzenlilərin baş məşqçisi olan ispan mütəxəssisə çətin anlar yaşatmışdı.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC