Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, final matçında Seneqal əlavə vaxtda Mərakeşi 1:0 hesabı ilə məğlub edib.
Görüşün əsas vaxtı qolsuz yekunlaşıb və əlavə 30 dəqiqə oynanılıb. Əlavə vaxtda Seneqalın qolu VAR-ın müdaxiləsindən sonra qeydə alınmayıb və komandanın qapısına penalti təyin edilib.
Seneqal millisinin baş məşqçisi, Moskva "Dinamo"sunun keçmiş oyunçusu Pap Tiyav etiraz əlaməti olaraq komandanı meydandan çıxarıb.
15 dəqiqə sonra seneqallı futbolçular kapitanları, əsas ulduzları Sadio Manenin təkifi sayəsində meydana qayıdıb və qapıçı Eduard Mendi Brahim Diasın penalti zərbəsini dəf edib.
Bundan sonra qələbə topunu 94-cü dəqiqədə Pap Qeye vurub.
Bununla da Seneqal millisi Afrika Millətlər Kubokunu 2-ci dəfə qazanıb. Onlar ilk dəfə 2021-ci ildə titula yiyələnib.
Xatırladaq ki, 3-cü yer uğrunda matçda Nigeriya Misiri məğlub edib (0:0, penaltilərdə 4:2).
Mərakeş millisinin hücumçusu Brahim Dias 5 qol vuraraq turnirin ən məhsuldar futbolçusu olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC