Türkiyə Super Liqa klubu "Qarabağ"ın legionerini istəyir

“Qarabağ”ın futbolçusu Emmanuel Addai karyerasını Türkiyədə davam etdirə bilər.

Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" qanalını heyətinə qatmağı planlaşdırır. 

Amma Addai hazırda “Konyaspor”ın transfer siyahısında prioritet deyil. Belə ki, Türkiyə klubu "Eyüpspor"un hücumçusu Prins Ampem ilə də müqavilə imzalamağa çalışır. Bu futbolçu ilə danışıqlar uğursuz olarsa, Konya təmsilçisi diqqətini “Qarabağ”ın 24 yaşlı vingerinə yönəldəcək. 

Xatırladaq ki, Emmanuelin "Qarabağ"la müqavilə müddəti bu mövsümün sonunadəkdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC