“Qarabağ”ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”dakı keçmiş komanda yoldaşı Naninin Qazaxıstanın "Aktobe" klubuna mümkün transferi ilə bağlı danışıb.
Presssport.az xəbər verir ki, “ASnews.kz”a danışan 32 yaşlı qolkiper portuqaliyalı ulduz futbolçunun müsbət keyfiyyətlərini vurğulayıb: "Meydana çıxmadan belə komandanı gücləndirə bilərsiniz. Nani mübaliğəsiz futbol əfsanəsidi. O, paltardəyişmə otağında və məşq prosesində də çox vacib oyunçudu. Həmişə futbolçuları motivasiya edir və xüsusilə gənc oyunçulara məsləhət verir. Buna görə Luis yüksək formada olmasa belə, komandaya kömək edəcək. O, daim öz qeydinə qalan, formasına fikir verən əla peşəkardı. Nani "Aktobe"yə keçmək qərarına gəlibsə, mütləq ehtiyat skamyada oturmaqla qalmayacaq".
Xatırladaq ki, “Şah” və Nani 2023/24 mövsümündə Türkiyə klubunda birlikdə oynayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC