“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev əsas komandanı ziyarət edib.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Kürdəxandakı bazalarında hazırlıq keçən komandanın məşqçi və futbolçu heyəti ilə görüşüb, mövsümün ikinci hissəsində kollektivə uğurlar arzulayıb.
Klub rəhbəri bəyan edib ki, həm çempionatda, həm də kubokda hədəf maksimum nəticədi: “İkinci dövrəyə başlayırıq, sizə uğurlar arzulayıram. Hədəfimiz, məqsədimiz dəyişmir. Çempionat çətindi, amma inanıram ki, bizdə bu potensial var. Buna görə həm kubokda, həm də çempionatda maismum nəticə - hədəfimiz budu. Bu işdı hamımıza uğurılar arzulayıram. istədim sizləri görüm, dəstəyimi çatdırıb. Çox gözəl məşqçi heyətimiz var. Onlara, oyunçularımıza, komandamıza tam gücənirik. Ümid edirəm ki, nailiyyət bizimlə olacaq. Hamınıza uğurlar!”.
Xatırladaq ki, ölkə kubokunda 1/4 finala çıxaraq “Kəpəz”ə rəqib olan Kurban Berdiyevin komandası Premyer Liqada qış fasiləsinə 1 oyun az keçirərək, 15 matçda 27 xalla 4-cü pillədə yollanıb.
https://www.youtube.com/watch?v=4_syCSHOMCQ
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC