Ötən gecə Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.
Presssport.az xəbər verir ki, bunadək turnir cədvəlində 22-ci olan Azərbaycan çempionu “Qarabağ” Bakıda "Ayntraxt"la qarşılaşıb. Ağdam təmsilçisi Almaniya klubuna 3:2 hesabı ilə qalib gələrək bu mərhələdə 3-cü qələbəsini qazanıb.
Aktivində 3 qələbə və 1 heç-heçə olan Qurban Qurbanovun komandası hazırda sıralamada 10 xalla 18-cidir. "Qarabağ" Liqa mərhələsinin son görüşündə növbəti həftəiçi "Liverpul"la (İngiltərə) qarşılaşacaq. Ağdam təmsilçisi son oyundan əvvəl pley-offa yüksəlmək üçün yaxşı şans qazanıb.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vurur.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC