ÇL-lə vidalaşacaq daha 2 komanda - 1-i "Ayntraxt" oldu

Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 7-ci turunun son oyunlarından sonra turnirdə mübarizəni dayandıracaq daha 2 komanda bəlli olub.

Presssport.az xəbər verir ki, Almaniyanın “Ayntraxt” klubunun Çempionlar Liqası ilə vidalaşacağı dəqiqləşib. 

Frankfurt təmsilçisi Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzub və 7 oyundan sonra cəmi 4 xalla pley-off şanslarını itirib.

“Barselona”ya 2:4 hesabı ilə məğlub olan Çexiyanın “Slaviya” klubu isə 7 turdan sonra cəmi 3 xal toplayıb və pley-off mərhələsinə yüksəlmək üçün riyazi şanslarını itirib.

Hazırda pley-offa vəsiqə verən sonuncu – 24-cü pillədə Yunanıstanın “Olimpiakos” komandası qərarlaşıb. Afina təmsilçisinin aktivində turnirin bitməsinə 1 tur qalmış 8 xal var.

Xatırladaq ki, daha əvvəl İspaniyanın “Vilyarreal” və Qazaxıstanın “Kayrat” klubları ÇL-in pley-off mərhələsinə yüksəlmək imkanlarını itirmişdi. Turnirdə iştirak edən digər komandaların isə hələlik ümumi mərhələni ilk “24-lük”də başa vurmaq üçün nəzəri şansları qalmaqdadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC