Çempoionlar Liqası: 1/8 finala vəsiqə təmin edən 2-ci komanda bəlli oldu

"Bavariya” Çempionlar Liqasında 1/8 finala vəsiqəni təmin edən 2-ci komanda olub.

Presssport.az xəbər verir ki, Almaniya təmsilçisi Liqanın ümumi mərhələsinin 7-ci turunda evdə Belçikanın “Union” klubunu 2:0 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra Münhen təmsilçisi xallarının sayını 18-ə çatdırıb və 36 klubun iştirak etdiyi turnir cədvəlində 2-ci pilləyə yüksəlib və 9–24-cü yerlər arasında artıq 5 xallıq fərq yaranıb. Ümumi mərhələdə isə komandaların cəmi 1 oyunu qalıb.

Xatırladaq ki, turnir cədvəlində ilk 8 yerdən birini tutan komanda birbaşa 1/8 finala vəsiqəni təmin edir. Bu vəsiqəni ilk qazanan London “Arsenal”ı olub. “Topçular” 7 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC