"Qarabağ" bizi düzgün cəzalandırdı” - "Ayntraxt"ın futbolçusu

“Ayntraxt”ın futbolçusu Rasmus Kristensen Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunla bağlı danışıb.

Presssport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında komandasının çıxışından narazı qaldığını etiraf edib: “Oyunumuz qətiyyən yetərli deyildi. Kifayət qədər yaxşı oynamadıq. Bəzi məqamlarda düzgün oynadıq, hesabda önə keçdik. Amma dərhal qol buraxdıq ki, bu da qəbuledilməzdi. “Qarabağ”ı təbrik edirəm. Onlar vəziyyəti çox yaxşı idarə etdi, səhvlərimizdən maksimum yararlandı. Ciddi səhvlər etdiyimiz anlarda bizi düzgün cəzalandırdılar”.

Xatırladaq ki, "Qarabağ" bu qələbə sayəsində xallarının sayını 10-a çatdıraraq sona 1 tur qalmış 18-ci pillədə qərarlaşıb. "Ayntraxt"ın isə ÇL-lə vidalaşacağı dəqiqləşib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC