Taekvondoçularımızın Şəkidə təlim-məşq toplanışı başlayıb

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi Şəkidə təlim-məşq toplanışına start verib.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Şəki Olimpiya İdman Kompleksində keçirilən 14 günlük hazırlıq mərhələsində əsas diqqət idmançıların ümumi fiziki hazırlığının yüksəldilməsinə yönəldilib.

Təlim-məşq prosesi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilir.

Toplanışın əsas məqsədi yığma üzvlərinin fiziki hazırlıq səviyyəsinin artırılması, funksional dayanıqlığın gücləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC