“Elə etməliyik ki, top daha çox bizdə qalsın” - millimizin oyunçusu

Yanvarın 22-də və 24-də futzal üzrə Azərbaycan millisi Danimarka yığması ilə qarşılaşacaq.

Presssport.az xəbər verir ki, yığmamızın təcrübəli üzvü Oktay Rüstəmli yoldaşlıq oyunlarına hazırlıqla bağlı danışıb.

Belə ki, o, azfutzal.az-a açıqlamasında ilk olaraq hazırlıq prosesiylə bağlı fikirlərini bölüşüb:

“Hazırlığımız davam edir. Yanvarın 18-dən məşqlər qrafik üzrə həyata keçirilir. Heyətimizdə gənc futzalçılar da var. Baş məşqçinin müəyyən tələbləri var. Əsas istəyi müdafiədə diqqətli olmaq, səhvsiz oynamaq və sürətli hücuma çıxmaqdır. Elə etməliyik ki, top daha çox bizdə qalsın. Məşqlərdə bunların üzərində işləyirik. Standart vəziyyətlərlə bağlı da tapşırıqlar yerinə yetiririk. Məşqlərdən başqa, nəzəri məşğələlərimiz də olur. Fiziki hazırlığımız yaxşıdır. Çalışırıq ki, yeni ildə doğma meydanda keçirəcəyimiz ilk oyunları qələbə ilə başa vuraq. Düzdür, yoldaşlıq oyunları komandanı rəsmi matçlara hazırlamaq üçündü. Ona görə bəzən nəticə ikinci plana keçir, əsas baş məşqçinin nə istədiyini meydanda ona qaytarmağa çalışırsan”.

Rüstəmli rəqibdən də söz açıb: “Danimarka millisi son illərdə inkişafdadır. Düzdür, onlar reytinqdə bizdən geridə olduğuna görə, DÇ-2028-in ilkin mərhələsindən mübarizəyə başlayacaq. Rəqibin oyununu izləmişik. Baş məşqçimiz analiz edib, videoları göstərib. Zəif tərəflərini deyib, ondan necə istifadə etməli olduğumuzu da məşqlərdə göstərir, üzərində işləyirik. Çətin oyun olacaq, ancaq istənilən halda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC