Kevina Medina ÇL-in ilk "5-liy"ində

Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 7-ci turunun oyunlarından sonra futbolçuların fərdi statistikaları da yenilənib.

Presssport.az xəbər verir ki, "Qarabağ"ın kolumbiyalı oyunçusu Kevin Medina ötən gecə "Ayntraxt"la (3:2) matçdan sonra ən yaxşı göstəriciyə malik futbolçular arasında yer almağı bacarıb.

32 yaşlı müdafiəçi əsas mərhələdə ən çox top qazanan oyunçulardan olub. 7 görüşdə ümumilikdə 52 dəfə top qazanan Medina sıralamada 5-cidi.

Cədvələ "Atletik"dən Aytor Parades (68) liderlik edir. "Atalanta"dan Odilon Kossunu (56) 2-ci, "Kayrat"dan Yeqor Sorokin (54) 3-cü, "Slaviya"dan David Zima (53) isə 4-cüdü.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC