“Qarabağ”ın hücumçusu ÇL-in bombardirləri siyahısında

“Qarabağ”ın hücumçusu Kamilo Duran Çempionlar Liqasının (ÇL) bombardirlər siyahısında yer alıb.

Presssport.az xəbər verir ki, Ağdam klubunun kolumbiyalı futbolçusu TOP-10-luqda yer alır. Hesabında 4 qolu olan 23 yaşlı oyunçu 9-cu yeri tutur. Duranla yanaşı, daha 10 futbolçu 4 dəfə rəqib qapılarına yol tapıb.

Bombardirlər siyahısına 11 qolla “Real”ın hücumçusu Kilian Mbappe başçılıq edir.

“Qarabağ”ın daha bir futbolçusu Leandro Andrade isə 3 qolla 20-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Duran dünən “Ayntraxt”a qarşı görüşdə (3:2) 2 qol vurub. O, həm də matçın ən yaxşı oyunçusu seçilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC