Van Deyk: “Qarabağ”la oyunda hər şey bizdən asılı olacaq”

“Liverpul”un kapitanı Vircil van Deyk Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Presssport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk “8-lik”də qalmağın vacibliyini vurğulayan 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib:

“Birbaşa 1/8 finala yüksəlmək bizim üçün çox vacibdi. Çünki pley-off mərhələsini buraxmış olursan və bu da hazırda keçdiyimiz gərgin oyun qrafikində bizə kömək edəcək. Gələn həftə yenə hər şey bizdən asılı olacaq. Evdə "Qarabağ"a qarşı oynayacağıq. Gəlin, ilk “8-lik”də yer alacağımızdan əmin olaq. Hazırda turnir cədvəlindəki mövqeyimiz yaxşıdı. Amma həlledici məqam gələn həftədi”.

Bu yerdə bildirək ki, hazırda tunir cədvəlində "Liverpul" 15 xalla 4-cüdür. 10 xala malik "Qarabağ" 18-cidir.

Xatırladaq ki, "Liverpul" - "Qarabağ" görüşü yanvarın 29-da "Enfild" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC