Azərbaycan klublarının Çempionlar Liqasında (ÇL) vurduğu qolların ümumi sayı 150-yə çatıb.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley qolunu Bəhlul Mustafazadə vurub.
“Qarabağ”ın müdafiəçisi Liqa mərhələsinin 7-ci turunun “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub - 3:2.
Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərinə keçirilən 116-cı matçda 150-yə çatıb. Bu qollara 7 komanda imza atıb. “Qarabağ” hamıdan çox - 110 dəfə fərqlənib. “Neftçi” 18, “Bakı” 7, “Şəmkir” 6, “Kəpəz” 4, “Şamaxı” 3, “Xəzər Lənkəran” 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub.
Xatırladaq ki, ÇL-də Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də LKS (Polşa) - “Kəpəz” qarşılaşmasında (4:1) fərqlənib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC