"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.
Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna təsadüf edib.
Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib.
Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. O, “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb.
"Ayntraxt"la matç isə Qurbanovun məşqçilik karyerasında ümumilikdə 500-cü qələbəsidir. Yubiley qələbəsi onun karyerasının 857-ci oyununa təsadüf edib. Təcrübəli çalışdırıcı komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.
Xatırladaq Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib - 6:1.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC