Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən "Yanq Boyz" - "Lion" matçını azərbaycanlı hakimlər briqadası idarə edib.
Presssport.az xəbər verir ki, baş hakim Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. Dördüncü hakim funksiyasını isə yeni FİFA referimiz Tural Qurbanov yerinə yetirib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev görüşün 61-ci dəqiqəsində ofsayd səbəbindən meydan sahiblərinin qolunu qeydə almayıb. O, hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.
Xatırladaq ki, “Lion” bu qələbə sayəsində birbaşa 1/8 finala vəsiqəni artıq təmin edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC