“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü səfər qələbəsini qazanıb. Bu, Premyer Liqanın 17-ci turuna təsadüf edib.
Presssport.az PFL-ə istinadən xəbər verir ki, Gəncə təmsilçisi “Qarabağ”la qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. “Kəpəz” 100-cü səfər qələbəsini rəqib meydanlarındakı 346-cı qarşılaşmada əldə edib.
“Kəpəz” bu göstəricidə 4-cü nəticəyə malikdir. Yalnız “Qarabağ” (239), “Neftçi” (232) və “Şamaxı” (123) səfərdə daha çox qələbə qazanıb.
Onu da bildirək ki, "Kəpəz” rəqib meydanındakı ilk qələbəsini 1992-ci il iyunun 13-də “Plastik”lə matçda əldə edib - 3:0.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC