Yanvarın ən yaxşı oyunçusu seçildi

İtaliya A Seriyasında cari ilin ilk ayı – yanvarın ən yaxşı oyunçusu seçilib.
 

Presssport.az xəbər verir ki, səsvermədə müvafiq məqama “İnter”in 28 yaşlı italyan sol cinah müdafiəçisi Federiko Dimarko layiq görülüb.
 

Yanvar ayı ərzində Dimarko İtaliya A Seriyası çərçivəsində “neradzurri” üçün 5 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
 

Müvafiq mükafat Dimarkoya fevralın 14-də, İtaliya A Seriyasını “Yuventus”la Turində keçiriləcək 24-cü tur oyunu ərəfəsində təqdim ediləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC