Vinisiusa qarşı irqçilik edən azarkeş cəzalandırıldı

“Real”ın 25 yaşlı braziliyalı ulduzu, cinah hücumçusu Vinisius Junioru irqi zəmində təhqir etmək məqsədilə futbolçuya banan atmış “Albasete”nin azarkeş cəzalandırılıb.
 

Presssport.az xatırladır ki, hadisə İspaniya Kral Kubokunun ⅛ final mərhələsi çərçivəsində “Albasete”nin doğma stadionu “Karlos Belmonte”də, “qurma pendirlər”in “qaymaqlılar” üzərində 3:2 hesablı gözlənilməz qələbəsi ilə başa çatmış oyunda yaşanıb.
 

Adı açıqlanmayan azarkeş “Albasete”nin oyunlarını ziyarət etmək hüququdan 1 il müddətinə məhrum edilib. Xuliqan həmçinin pul cəriməsi ödəməyə mükəlləf edilib.
 

Vurğulanır ki, cəza və cərimələr “Albasete”yə də tətbiq edilə bilər – “Karlos Belmonte”nin bir neçə tribunasının “qurma pendirlər”in bir neçə ev oyununda bağlana biləcəyinə ehtimalı var. Hazırda müvafiq məsələ müzakirədədir, müvafiq qərar isə tezliklə açıqlanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC