UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək "Qarabağ" klubu iştirak ərizəsində dəyişiklik edib.
Bu barədə Presssport.az-ın sorğusuna cavab olaraq Ağdam klubunun mətbuat xidmətindən bildirilib.
Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib.
"Köhlən atlar"ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.
"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Xatırladaq ki, Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC