"Turan Tovuz" Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.
Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Kəpəz"lə ev qarşılaşmasında qeydə alınıb.
Tovuz təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci, kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir.
Qeyd edək ki, "Turan Tovuz" ilk qələbəsini 2015/2016 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdə gerçəkləşən 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC