"Arsenal" "Borussiya"nın futbolçusu ilə maraqlanır

İngiltərənin "Arsenal" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən Daniel Svenssonla maraqlanır.

 

Presssport.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "topçular" yayda 23 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.

 

Dortmund klubu bu keçiddən 30 milyon avro qazanmaq istəyir. "Topçular"dan əlavə, İtaliyanın "İnter", İngiltərənin "Lids" klubları da isveçli oyunçunu izləyir.

 

Qeyd edək ki, Daniel Svenssonun "Borussiya" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm 20 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC