"Barselona"nın yarımfinaldakı rəqibi müəyyənləşdi

2025/2026-cı il İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkatması keçirilib.

 

Presssport.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, "Atletiko" "Barselona" ilə, "Atletik" isə "Real Sosyedad"la qarşılaşacaq.

 

İlk oyunlar 10-12 fevral, cavab oyunları isə 3-5 mart tarixlərində keçiriləcək. Final aprel ayında Sevilyadakı “Olimpiko de Sevilla – ”La Cartuja" stadionunda olacaq.

 

"Barselona" kral kubokunun son çempionudur. Əvvəlki seriyanın finalında komanda "Real"i 3:2 hesabı ilə məğlub etmişdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC